Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır. 14 yanvar 2026-cı ildən etibarən Avropa İqtisadi Bölgəsindən (EEA) kənardan gələn turis
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, muzey rəhbərliyinin ilkin hesablamalarına görə, qiymət artımı “Luvr”un büdcəsinə ildə
Bildirilir ki, bu vəsait “muzeyin struktur problemlərinin həlli, müasirləşdirilməsi və yenilənməsi” üçün xərclənəcək.
Bununla belə, “Luvr” hələ də dünyanın ən bahalı muzeyləri siyahısında ilk yerdə deyil.
Hazırda ən baha bilet satılan muzey statusu ABŞ-nin Şimali Karolina ştatında yerləşən “Biltmore Estate”ə məxsusdur.
Buraya giriş il ərzində mövsümdən asılı olaraq 70-130 dollar arasında dəyişir.
Onlayn rəylərə görə, bəzi ziyarətçilər cəmi iki saatlıq gəzinti üçün 150 dollardan çox ödəniş etməli olublar.
1889–1895-ci illərdə II Corc Vaşinqton Vanderbilt tərəfindən inşa etdirilən və 250 otaqlı Fransız intibah üslubunu əks etdirən bu nəhəng mülk ABŞ-dəki ən böyük şəxsi ev hesab olunur.