Dünyanın ən bahalı özəl startapı oldu

11.12.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti dünyanın ən bahalı özəl startapı olub.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb. 

Bildirilib ki, şirkətin səhmlərinin dəyərinin 65 faiz artması nəticəsində raket və peyk istehsalçısı olan şirkətin bazar qiyməti 350 milyard dollara qədər artıb. 

“SpaceX” bununla “TikTok”un məxsus olduğu Çinin “ByteDance” şirkətini qabaqlayıb. Həmin şirkətin dəyəri isə ötən ay təqribən 300 milyard dollar olaraq qiymətləndirilirdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью