Dünyanın ən bahalı qəzası | Icma.az
Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyanın ən bahalı qəzası Bu yaxınlarda Avstriyanın Pfunds şəhərində, İsveçrə sərhədinə yaxın ərazidə çox böyük maliyyə nəticələri olan qəza baş verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ümumi dəyəri təxminən 7 milyon İsveçrə frankı (270 milyon TL) olan 4 lüks avtomobil boş yolda bir-birinə çırpılıb.
Zərər 1,8 milyon İsveçrə frankı (təxminən 70 milyon TL) təşkil edib. Qəzada dünyanın ən dəbdəbəli 4 avtomobilinə ciddi ziyan dəyib.
Qəzada McLaren Elva, Ferrari La Ferrari, Ferrari 812 Superfast və Bentley Continental GTC olub.
Qəzada üçüncü yerdə olan və dəyəri 500 min İsveçrə frankı olan Ferrari 812 Superfast-ın sürücüsü günəşin gözünü qamaşdıraraq qarşısındakı qiyməti 4 milyon İsveçrə frankı olan Ferrari La Ferrari-yə çırpılıb.
O, həmçinin qarşısında 1,7 milyon İsveçrə frankı dəyərində olan McLaren Elva ilə toqquşub.
300 min frank dəyərində 610 at gücünə malik olan Bentley arxada dayana bilməyib və qarşısındakı Ferrari Superfast-ı arxadan dirəyib.
Tam oxu
Xəbəri oxu