Dünyanın ən bahalı şirkəti dəyişdi: 3 trilyon dollarlıq dəyər

11.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Süni intellekt nəhəngi və çip istehsalçısı “Nvidia” bazar dəyəri ilə “Apple”ı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti kimi tarixə düşüb.

Publika.az xəbər verir ki, şirkətin səhmlərinin artması ilə ümumi bazar dəyəri 3,43 trilyon dollara çatıb.

Beləliklə, “Apple”ın 3,38 trilyon dollarlıq bazar dəyərini aşan “Nvidia” ikinci dəfə dünyanın ən dəyərli şirkəti olub.

Süni intellekt çiplərinə tələbatın artması ilə “Nvidia”nın səhmləri ilin əvvəlindən bu yana 182,5 faiz dəyər qazanıb.

“Nvidia”nın bazar dəyəri ilk dəfə olaraq 3 trilyon dolları keçib.

Aysel Şahmar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью