Dünyanın ən bahalı telefonu oldu Qiyməti 50 milyon dollar

09.05.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Texnologiya və zərgərlik sənətinin birləşməsi nəticəsində yaradılan "Falcon Supernova iPhone 6 Pink Diamond" dünyanın ən bahalı telefonu hesab olunub.

News24.az xəbər verir ki, 24 karat qızıldan hazırlanmış bu eksklüziv iPhone-un arxa hissəsində böyük çəhrayı almaz yerləşdirilib. 

Cəmi bir nüsxə istehsal olunan telefonun qiyməti təxminən 50 milyon dollardır və onun sahibi Hindistanlı milyarder Nita Ambani sayılır.

Aqil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью