Dünyanın ən bahalı xəncəri harada saxlanılır? Tarixi fakt

16.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Osmanlı sultanı I Mahmud tərəfindən Nadir şah Əfşara hədiyyə edilməsi üçün xüsusi sifarişlə hazırlanan xəncər hazırda Türkiyədə Topqapı muzeyində saxlanılır.

Globalinfo.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev məlumat paylaşıb.

O bildirib ki,  3 yaşıl zümrüd və 53 birliyant daşlari olan bu xəncərin hazırda 500 min dollardan çox qiyməti var: “Bu qiymətli daşlar xüsusi seçilib və Sultan tərəfindən diqqətlə yoxlanılıb. Xəncərin hazırlanmasında Osmanlı dövlətinin ən peşəkar zərgərləri çalışıblar. Dünyanın ən nadir zərgərlik məhsulu hesab edilir”.

“1747-ci ildə bu xəncəri Nadir şaha göndərməzdən öncə Sultana xəbər gəlir ki, Şah sui-qəsd nəticəsində öldürülüb. Xəncər Osmanlı sarayına geri qaytarılır. Bu günə qədər də muzeydə saxlanılır. – alim bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью