Dünyanın ən bədbəxt ölkələri İlk 10 luq

20.03.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Dünyanın ən bədbəxt ölkələrinin adı məlum olub.
Modern.az xəbər verir ki, siyahıda Əfqanıstan ilk yerdə qərarlaşıb.
Bu qiymətləndirmə BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanıb.
2024-cü ilin yekunlarına görə, dünyanın ən bədbəxt ölkələrinin siyahısında ilk "10-luq" aşağıdakı kimidir:
1. Əfqanıstan
2. Syerra Leone
3. Livan
4. Malavi
5. Zimbabve
6. Botsvana
7. Konqo DR
8. Yəmən
9. Komor adaları
10. Lesoto
 

Hesabatın hazırlanmasında Gallup sorğu xidməti və Oksford Rifahın Öyrənilməsi Mərkəzi iştirak edir.
Tədqiqatçılar reytinq tərtib edərkən adambaşına düşən ÜDM, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına riayət olunması, məşğulluq təminatı, korrupsiyanın səviyyəsi və s. kimi göstəriciləri nəzərə alırlar. Əsas kimi üç il ərzində toplanmış orta göstəricilər götürülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью