Dünyanın ən böyük AES i yenidən işə salınacaq

22.12.2025

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb ki, stansiyada bütün lazımi təhlükəsizlik yoxlamaları aparılıb, qoruyucu mexanizmlər təkmilləşdirilib. Beləliklə, AES-in yerləşdiyi Niiqata prefekturunun qubernatoru Hideyo Hanazumi stansiyanın yenidən işə salınmasına icazə verib. Onun sözlərinə görə, yeni təhlükəsizlik tədbirləri ən sərt standartlara cavab verir:
"AES-in fəaliyyəti regionun davamlı inkişafı istiqamətində zəruridir. Hazırda "Tokyo Electric Power Company" şirkəti stansiyanın açılışı üçün hazırlığı başa çatdırmaq üzrədir".
Xatırladaq ki, 2011-ci il martında Yaponiyada meydana gəlmiş güclü zəlzələ və sunami hadisəsi nəticəsində "Fukuşima-1" atom elektrik stansiyasında qəza baş vermiş, beləliklə, təhlükəsizlik tədbirləri çərçivəsində "Kaşivazaki-Kariva" AES-də də bütün əməliyyatlar dayandırılmışdı.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью