Dünyanın ən böyük balqabağını YETİŞDİRDİ

06.10.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Britaniyalı 65 yaşlı fermer İan Peyton təxminən 1,3 ton ağırlığında balqabaq yetişdirərək dünya rekordunu qırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, Peyton nəhəng balqabaq yetişdirmə yarışmasında qalib gəlib. O bildirib ki, balqabağın bu qədər böyük olduğunu forkliftlə qaldırarkən anlayıb. Belə ki, cihazın bütün xəbərdarlıq işıqları yanıb.

Bu, Peytonun üçüncü dünya rekordudur. O, daha əvvəl qardaşı ilə birlikdə nəhəng balqabaq yetişdirib. Lakin bu il qardaşının dünyanı səyahət etdiyi üçün balqabağı tək yetişdirib.

Fermerin sözlərinə görə, belə böyük balqabaq yetişdirmək böyük zəhmət tələb edir. O, iki ay ərzində hər gün beş-altı saatını buna sərf edib.

Peyton nəticələr açıqlandıqdan sonra nəvələrinə zəng etdiyini və onların sevincdən telefona qışqırdığını bildirib.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью