Dünyanın ən böyük çip istehsalçısının gəliri 34% artıb

11.12.2024

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük çip istehsalçısı “Tayvan Semiconductor Manufacturing Company” (TSMC),  noyabr ayında gəlirini illik müqayisədə 34% artıraraq 276,06 milyard yeni Tayvan dollarına (8,48 milyard dollar) çatdırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, bu ilin 11 ayı ərzində gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% artaraq 2,6 trilyon Tayvan dollarına (80 milyard dollar) çatıb.

Bundan əvvəl TSMC üçüncü rübdə 352,3 milyard Tayvan dolları (10,1 milyard dollar) xalis mənfəət əldə etdiyini bildirmişdi. Bu, illik müqayisədə 54,2% artım və şirkət tarixində ən yüksək rüblük mənfəət deməkdir.

eyd edək ki, çərşənbə axşamı ticarətin bağlanışında şirkətin səhmləri 0,9% ucuzlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью