Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. ABŞ ordusu döyüş doktrinasını yenidən yazmağa məcbur olub.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, buna səbəb Ukrayna müharibəsində geniş tətbiq edilən dronların ənənəvi mühariə ilə bağlı bütün təsəvvür və gedişləri alt-üst etməsidir.
Nəşr bildirib ki, Ukrayna müharibəsi elektron müdafiə sistemi və dronlardan məhrum ən güclü ordunun belə məğlubiyyətə məhkum olduğunu göstərdi.
Bu baxımdan yeni döyüç doktrinası hər bir ordu heyətinin böyük sayda dron və anti-dron sistemləri ilə təchizatını zəruri sayır.
Bundan başqa, dron müharibəsi ordu və hərbi texnika üçün ənənəvi gizlilik amilini də ortadan qaldırmış oldu.
Bu faktın özü də döyüş doktrinasının yeni və dəyişən şərtlər əssən yenidən tərtib edilməsini vacib edir.
Hərbi ekspertlər hesab edir ki, hərbi təyayrə və tankların daha çox olduğu hərbi hissələrdə dron və anti-dronların daha geniş istifadəsinə ciddi ehtiyac var.