Dünyanın ən böyük İKT infrastrukturu tələb edən konfransına hazırlıq necə görüldü? VİDEO |…
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir.
Bizim.Media xəbər verir ki, noyabrın 22-nədək davam edəcəm tədbirin tədbirin UNFCCC-nin protokol və standartlarına uyğun şəkildə təşkili üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinin fasiləsiz və qüsursuz təmin edilməsi məqsədilə öncədən hazırlıqlar görülüb.
Bu məqsədlə yaradılan COP29 İT departamenti Konfransı informasiya texnologiyaları, audiovizual avadanlıqlar və həllər, xüsusi işıqlandırma və videomüşahidə sistemləri ilə təmin edir.
Yüksək keyfiyyətli xidmətin təminatı üçün isə Azərbaycanda və xaricdə keçirilən böyük tədbirlərin təşkilində böyük təcrübəsi olan azərbaycanlı mütəxəssislər cəlb edilib.Texnologiya istiqamətində Cisco, Microsoft, Xerox, Barco, Huawei, Avigilon və HP kimi aparıcı dünya şirkətləri yaxından iştirak edir.
Həmçinin BMT-nin tələblərinə uyğun olaraq data mərkəzləri qurulub və fərqli istiqamətlərdən dayanıqlı və yüksəksürətli internet təmin edilib.Yaradılan İT infrastrukturu analoji dünyamiqyaslı tədbirlərdən müsbət mənada fərqlənir.
Belə ki, stadion sahəsi və yeni qurulmuş infrastruktur nəzərə alınaraq tədbir məkanında ümumilikdə 130 min m² ərazini əhatə edən simsiz və 6200-dən çox nöqtəni birləşdirən simli şəbəkə qurulub.
Bu infrastrukturu ərsəyə gətirmək üçün 1100 km-dən çox kabel və optik xətlər çəkilib.Audiovizual həllər çərçivəsində isə ümumi sahəsi 700 m²-dən geniş videodivar qurulub.
Tam oxu
Xəbəri oxu