Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi | Icma.az
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyanın ən böyük narkotik karteli olan Meksikanın Sinaloa kartelinin həmtəsisçisi və lideri İsmael Zambada Qarsiya (El Mayo) təşkilatı idarə etməkdə və qəsbdə günahını etiraf edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Nyu-Yorkda keçirilən məhkəmə prosesi zamanı bildirib.
El Mayoya yanvarın 13-də hökm oxunacaq və çox güman ki, ittihamlara görə ömürlük həbs cəzası alacaq.
El Mayo 1980-ci illərdə kartelin əsas lideri Xoakin Quzman (El Çapo) ilə birlikdə Sinaloanın qurucularından biri olub.
Dünyada ən böyük olan kartel, ilk növbədə, Latın Amerikası və digər regionlardan ABŞ-a narkotik daşınması ilə məşğul olur.
Təşkilat ABŞ-a bütün narkotik daşımalarının 60%-ə qədərinə nəzarət edib.
2010-cu illərdə kartel Meksika və ABŞ-da dəfələrlə genişmiqyaslı polis əməliyyatlarına məruz qalıb və bu əməliyyatlar zamanı onun yüzlərlə üzvü həbs edilib.
Tam oxu
Xəbəri oxu