Dünyanın ən böyük neft şirkətlərindən biri mənfəətini kəskin şəkildə itirməyə başladı

06.11.2024

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük neft şirkətlərindən biri olan “Saudi Aramco”nun xalis mənfəəti bu ilin doqquz ayında 11% azalaraq 83,9 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin son hesabatında bildirilir.

Müqayisə üçün qeyd edək ki,  ötən ilin ilk doqquz ayında şirkətin xalis mənfəəti 94,5 milyard dollar olub.

Üçüncü rübün nəticələrinə əsasən, “Saudi Aramco”nun mənfəəti illik müqayisədə 15% azalaraq 27,6 milyard dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda bildirilir ki, belə maliyyə nəticələri neftin qiymətinin ümumi düşməsi, eləcə də emal marjasının azalması ilə bağlıdır. Belə ki, iyul-sentyabr aylarında “Saudi Aramco” bir il əvvəlki 89,3 dollar/barellə müqayisədə orta hesabla 79,3 dollar/barel neft satıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC+ sazişləri çərçivəsində könüllü olaraq neft hasilatını azaltmağa davam edir. Üstəlik, krallıq və alyansa daxil olan digər yeddi ölkə bu yaxınlarda enerji hasilatının azaldılmasını uzatmaq qərarına gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью