Dünyanın ən böyük ordusuna sahib ölkələr SİYAHI

14.04.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu ən çox əsgəri olan ölkələrin siyahısını hazırlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, statistikaya görə Şimali Koreya 7,5 milyon əsgərlə dünyanın ən böyük ordusuna malikdir. 

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) 2025-ci il üzrə son hesabatına əsasən, dünyada ən çox orduya malik ölkələr açıqlanıb. Siyahı təkcə onların sayı baxımından deyil, həm də bu orduların strateji əhəmiyyəti və hərbi imkanları baxımından diqqətəlayiq məlumatlar verir. Cənubi Koreya, Vyetnam, Hindistan və Rusiya da siyahının ilk beşliyindədir.  ABŞ, Rusiya və Çinin ilk üçlükdə yer almaması diqqət çəkib. 

Siyahıda diqqət çəkən başqa bir detal isə dünyanın ən böyük hərbi büdcəsinə sahib ölkə olan ABŞ-nin cəmi 2,1 milyon əsgərlə 7-ci yerdə olmasıdır. Bu vəziyyət həm də müasir müharibə anlayışında əsgər sayından çox texnoloji üstünlük və peşəkar qüvvələrin ön plana çıxdığını ortaya qoyur.

Əsgərlərin ümumi sayına görə ölkələrin siyahısını təqdim edirik:

Şimali Koreya – 7.5 milyon

Cənubi Koreya – 6.6 milyon

Vyetnam – 5.4 milyon

Hindistan – 4.2 milyon

Rusiya – 3.2 milyon

Çin – 3.04 milyon

ABŞ – 2.1 milyon

Braziliya – 2.1 milyon

Tayvan – 1.8 milyon

Pakistan – 1.5 milyon

Misir – 1.3 milyon

Kuba – 1.2 milyon

İndoneziya – 1.09 milyon

İran – 1 milyon

Ukrayna – 990 min

Türkiyə – 894 min 700

Tayland – 699 min 550

İsrail – 642 min 500

Meksiko – 505 min 400

Efiopiya – 503 min

Kolumbiya – 469 min

Əlcəzair – 467 min 200

Belarus – 444 min 850

Malayziya – 431 min 800

Yunanıstan – 428 min 400

İraq – 423 min

Mərakeş – 395 min 800

Azərbaycan – 383 min 200

Şri Lanka – 362 min 500

Filipin – 357 min 950

İtaliya – 354 min 950

Venesuela – 351 min

Peru – 346 min

Fransa – 335 min 600

Yaponiya – 317 min 850

Sinqapur – 310 min 900

Eritreya – 301 min 750

Səudiyyə Ərəbistanı – 281 min 500

Finlandiya – 268 min 850

Portuqaliya – 263 min 650

Gülay 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью