Dünyanın ən böyük şəhərləri dəyişir SİYAHI

26.11.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) noyabr ayında dərc etdiyi “2025 Dünya Şəhərləşmə Proqnozları” (World Urbanization Prospects) hesabatında qlobal meqapolislər sıralamasında uzun müddətdir davam edən tarazlığın dəyişdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, hesabata görə, İndoneziyanın paytaxtı Cakarta təxminən 42 milyon əhalisi ilə dünyanın ən sıx yaşayışlı şəhəri mövqeyinə yüksəlib.

Cakartanın zirvəyə çıxması ilə illərdir siyahının birinci pilləsində olan Yaponiyanın paytaxtı Tokio üçüncü yerə geriləyib. Hesabatda Tokionun əhalisinin təxminən 33 milyon olduğu qeyd olunub.

Hesabatda Asiya mərkəzli meqapolislərin artımının gücləndiyi vurğulanıb. Cakarta ilə yanaşı, Dəkkə, Dehli və Şanxay kimi şəhərlərin də əhalisinin artmaqda davam etdiyi, qlobal miqyasda sürətli şəhərləşmə təzyiqinin ən çox Asiyada hiss olunduğu bildirilib.

BMT mütəxəssisləri iqlim böhranı, infrastruktur imkanları, sürətlə artan şəhər əhalisi və miqrasiya hərəkətliliyinin böyük metropollar üzərindəki təzyiqi artırdığını qeyd edərək, meqapolislərin “daha kövrək, lakin eyni zamanda daha mərkəzləşmiş” hala gəldiyini bildiriblər.

Hesabata görə, 2030-cu illərlə birlikdə dünyanın ən sıx yaşayışlı şəhərləri siyahısında Asiya və Afrika şəhərlərinin daha da üstünlük qazanacağı gözlənilir.

Dünyanın ən sıx yaşayışlı 20 şəhəri (2025 və 2050 proqnozları ilə):

1. Cakarta: 2025-ci ildə əhali: 41.914.000; 2050-ci ildə təxmini əhali: 51.784.000

2. Dəkkə: 2025-ci ildə əhali: 36.585.000; 2050-ci ildə təxmini əhali: 52.123.000

3. Tokio: 2025-ci ildə əhali: 33.413.000; 2050-ci ildə təxmini əhali: 30.658.000

4. Yeni Dehli: 2025-ci ildə əhali: 30.222.000; 2050-ci ildə təxmini əhali: 33.891.000

5. Şanxay: 2025-ci ildə əhali: 29.559.000; 2050-ci ildə təxmini əhali sayı: 34.912.000

6. Quançjou: 2025-ci ildə əhali sayı: 27.563.000; 2050-ci ildə təxmini əhali sayı: 29.243.000 1.000

7. Qahirə: 2025-ci ildə əhali sayı: 25.566.000; 2050-ci ildə təxmini əhali sayı: 29.243.000

8. Manila: 2025-ci ildə əhali sayı: 24.735.000; 2050-ci ildə təxmini əhali sayı: 27.120.000

9. Kalkutta: 2025-ci ildə əhali sayı: 22.550.000; 2050-ci ildə təxmini əhali sayı: 23.768.000

10. Seul: 2025-ci ildə əhali sayı: 22.490.000; 2050-ci ildə əhalinin sayı təxmini: 21.225.000

11. Karaçi: 2025-ci ildə əhali: 21.423.000; 2050-ci ildə əhalinin sayı təxmini: 32.593.000

12. Mumbay: 2025-ci ildə əhali: 20.203.000; 2050-ci ildə təxmini əhali sayı: 23.059.000 1.000

13. San Paulo: 2025-ci ildə əhali sayı: 18.950.000, 2050-ci ildə təxmini əhali sayı: 18.217.000

14. Banqkok: 2025-ci ildə əhali sayı: 18.180.000, 2050-ci ildə təxmini əhali sayı: 20.462.000

15. Meksika: 2025-ci ildə əhali sayı: 17.734.000, 2050-ci ildə təxmini əhali sayı: 17.679.000

16. Pekin: 2025-ci ildə əhali sayı: 17.013.000, 2050-ci ildə təxmini əhali sayı: 18.4.000

17. Lahor: 2025-ci ildə əhali sayı: 15.156.000, 2050-ci ildə təxmini əhali sayı: 20.388.000

18. İstanbul: Əhalisi 2025: 15.015.000, Təxmini əhalisi 2050: 16.303.000

19. Moskva: Əhalisi 2025: 14.525.000; Təxmini əhalisi 2050: 15.522.000

20. Ho Çi Minh şəhəri: Əhalisi 2025: 14.053,000; Təxmini əhalisi 2050: 17.201.000

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью