Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur prodüser Benni Blanko hazırda Selena Qomez ilə sevgili olması ilə gündəmə gəlsə də, əslində illərdir onun mahnılarını bilmədən dinləyirsiniz.
Britni Spirsin "Circus", Keti Perrinin "Teenage Dream" və Keşanın "Tik Tok" kimi hit mahnılarında Benni Blankonun əməyi var.
Hətta Selena Gomez ilə "Same Old Love" mahnısında da əməkdaşlıq edib.
Ölkə.az Milli.Az-a istinadla xəbər verir ki, son günlərdə People jurnalı Benni Blankonu "Dünyanın Ən Cazibədar Kişilərindən biri" elan edib.
Bu münasibətlə verdiyi müsahibədə şəxsi gigiyena vərdişləri ilə bağlı açıqlamaları müzakirələrə səbəb olub.
Benny öz baxım sirrlərini belə açıqlayıb: "Pis qoxmayın. Hər şeyi düzgün edin. Düşünürəm ki, dərinin sağlam olması vacibdir.
Mənim kosmetoloqum var və o, həyatımı dəyişdi. Onun adı Lindsay-dır və Artisan of Skin-də çalışır.