Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın paytaxtı Dehli yenidən dünyanın ən çirkli havası olan şəhəri elan olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsveçrənin “IQAir” təşkilatının açıqladığı son reytinqdən məlum olur.
Belə ki, oktyabrın 21-i şəhərdə havanın keyfiyyət indeksi (AQI) 350-yə çatıb, bu da “çox pis” çirklənmə səviyyəsi kimi təsnif edilir.
Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi normadan 3,5 dəfə yüksəkdir.
Dehlidən başqa ilk “10-luğ”a Lahor, Karaçi (hər ikisi Pakistan), Mumbay (Hindistan), Pekin, Şanxay (hər ikisi Çin), Qvadalaxara (Meksika), Kəlküttə (Hindistan), Ravalpindi (Pakistan), Çennai (Hindistan) şəhərləri daxildir.
Bu şəhərlər sənaye tullantıları, avtomobil trafiki, kömür yandırılması və bayramlar zamanı fişənglərdən kütləvi istifadə səbəbindən güclü hava çirklənməsindən əziyyət çəkirlər.
Hindistanda vəziyyət “İşıqlar Festivalı” - Divalidən sonra xüsusilə kəskinləşir.