Icma.az, Avtosfer portalına istinadən məlumat verir. İkinci əl avtomobil satışları qlobal xarakter alır.
Əvvəlcə bu işlə fərdlər məşğul olurdusa, indi böyük şirkətlər fəaliyyət göstərir. Gəmi nəqliyyatının genişlənməsi ilə daşımalar da artır.
Avtosfer.az xəbər verir ki, dünyada ən çox ikinci əl avtomobil idxal edən qitə Afrikadır.
BMT-nin Ətraf Mühit Proqramının statistikasına görə, inkişaf etmiş ölkələr hər il orta hesabla 5 milyon ədəd köhnə minik avtomobili ixrac edir.
Bu avtomobillərin təxminən yarısı “Qara qitə”yə göndərilir. Əgər əvvəllər başlıca ixracatçı Avropa İttifaqı, ABŞ, Yaponiya və Kanada idisə,
Son illərdə Əlcəzair, Mərakeş və Nigeriya daxili bazarı qorumaq üçün avtomobil istehsalı sahəsində ciddi addımlar atıb.
Lakin digər ölkələr hələ ki, köhnə avtomobillərin idxalında maraqlıdır.
Afrikada istismar olunmamış avtomobil istehsal ilindən asılı olmayaraq təzə hesab edilir.