Dünyanın ən çox neft istehsal edən ölkəsi AÇIQLANDI: ABŞ zirvədə

21.07.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq enerji qurumlarının 2025-ci il proqnozlarına əsasən, ABŞ gündəlik 18–20 milyon barel istehsalla dünyanın ən böyük xam neft istehsalçısı olaraq birinci yerdədir. Suudi Ərəbistan (~12–13 MVG) ikinci, Rusiya (~10–11 MVG) isə üçüncü sıradadır. İlk onluqda Kanada, İraq, Çin, BƏƏ, Braziliya, İran və Küveyt də yer alır.

News24.az xəbər verir ki, neft bazarına OPEC+ qərarları, geosiyasi proseslər, qlobal tələbat, texnologiya və ekoloji siyasətlər təsir edir. ABŞ-ın bu uğurunda şist (kaya) nefti texnologiyası əsas rol oynayır. Enerji istehsalı, ölkələrin iqtisadi və siyasi gücündə həlledici faktor olaraq qalır.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью