Dünyanın ən çox qazanan idmançıları bəlli oldu Ronaldu yenə liderdir

25.02.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"SkySports" 2024-cü ilin ən çox qazanan idmançılarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, siyahının ilk pilləsini Kriştianu Ronaldu tutub.

"Ən-Nəsr"də çıxış edən portuqaliyalı ulduzun ötən ildə 260 milyon dollar qazandığı bildirilir. İkinci pillədə amerikalı basketbolçu Stefen Körri yer alıb. "Qolden Steyt"in üzvünün gəliri 153,8 milyon dollar olub. Boksçu Tayson Fyuri 147 milyon dollar ilə üçüncü pillədə qərarlaşıb.

Argentinalı futbolçu Lionel Messi (135 milyon) dördüncü, amerikalı basketbolçu Lebron Ceyms (133,2 milyon) beşinci yerləri tutublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью