Dünyanın ən çox xəstələnən əhalisi Dərman preparatlarının 70 faizini amerikalılar alır

15.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Dünyanın ən çox xəstələnən əhalisi amerikalılardır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər naziri Robert Kennedi "Fox News" telekanalına müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, amerikalılar dünya üzrə dərman preparatlarının 70 faizini alırlar.

"Biz səhiyyəyə digər ölkələrdən iki-üç dəfə çox pul xərcləyirik, lakin ən pis göstəricilər bizdədir. Dünyanın ən çox xəstələnən əhalisi bizdədir", - deyə o vurğulayıb.

Kennedi qeyd edib ki, ABŞ-də qida məhsullarında 10 min qida əlavəsi var. Avropa İttifaqında isə təxminən 400 əlavəyə icazə verilir. O, bu aspektdə ABŞ-nin Avropa standartlarına daha çox yaxınlaşmalı olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью