Dünyanın ən dəyərli 10 komandası

14.10.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nüfuzlu "Transfermarkt" portalı dünyanın ən dəyərli futbol komandalarının yeni reytinqini dərc edib. Sport24.az xəbər verir ki, "Real" və "Mançester Siti" liderliyi bölüşür. Hər iki klubun oyunçularının ümumi bazar dəyəri 1,5 milyard avroya çatır.

London "Arsenal"ı 1,38 milyard avro dəyərlə liderləri izləyir. Fransanın PSJ klubu (1,36 milyard avro) isə ilk "dördlüy"ü tamamlayır. "Barselona" (1,30) da ilk "beşlik"dədir.

Sİngiltərə Premyer Liqasının mütləq üstünlüyünü xüsusi qeyd etmək lazımdır. Dünyanın ən dəyərli iyirmi klubu siyahısında Premyer Liqanın 11 təmsilçisi yer alır. Bura hətta turnir cədvəlinin orta və aşağı sıralarında qərarlaşan "Brayton" (700 milyon avro), "Brentford" (634 milyon avro), "Bornmut" (624 milyon avro) və "Kristal Pelas" (603 milyon avro) kimi komandalar da daxildir.

Dünyanın ən dəyərli 10 komandası:

1. "Real" (Madrid, İspaniya) - 1,50 milyard avro

2. "Mançester Siti" (İngiltərə) -1,50 milyard avro

3. "Arsenal" 9İngiltərə) - 1,38 milyard avro

4. PSJ (Fransa) - 1,36 milyard avro

5. "Barselona" (İspaniya) - 1,30 milyard avro

6. "Çelsi" (İngiltərə) - 1,15 milyard avro

7. "Liverpul" (İngiltərə) - 1,09 milyard avro

8. "Bavariya" (Almaniya) - 1,04 milyard avro

9. "Mançester Yunayted" 9İngiltərə) - 929 milyon avro

10. "Tottenhem" (İngiltərə) - 836 milyon avro

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью