Dünyanın ən dəyərli 10 restoran şəbəkəsi açıqlanıb

21.07.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın restoran sənayesində ABŞ şirkətləri üstünlük təşkil edir. 2026-cı ilin iyul ayına olan bazar kapitallaşması göstəricilərinə əsasən, ən dəyərli restoran şəbəkələri arasında McDonald’s böyük fərqlə liderdir. Məlumatlar CompaniesMarketCap-ə əsaslanır və siyahıya yalnız birjada açıq şəkildə satılan şirkətlər daxil edilib.

Banco.az xəbər verir ki, McDonald’s 195,1 milyard dollarlıq bazar kapitallaşması ilə ikinci sıradakı Chipotle Mexican Grill-i (45,2 milyard dollar) 4 dəfədən çox qabaqlayır. İlk üçlüyü 45,1 milyard dollarla Yum! Brands tamamlayır.

Bazar kapitallaşmasına görə ən dəyərli 10 restoran şirkəti:

McDonald's (ABŞ) - 195,1 milyard dollar Chipotle Mexican Grill (ABŞ) - 45,2 milyard dollar Yum! Brands (ABŞ) - 45,1 milyard dollar Restaurant Brands International (Kanada) - 34,3 milyard dollar Darden Restaurants (ABŞ) - 23,4 milyard dollar Yum China (Çin) - 14,8 milyard dollar Texas Roadhouse (ABŞ) - 12,5 milyard dollar Domino's Pizza (ABŞ) - 10 milyard dollar Zensho Holdings (Yaponiya) - 8,5 milyard dollar CAVA Group (ABŞ) - 8,4 milyard dollar

McDonald’s 1940-cı ildə ABŞ-ın Kaliforniya ştatında yaradılıb və hazırda dünya üzrə 40 mindən çox restorana malikdir. Ümumilikdə, ilk 20-likdə 11 ABŞ şirkəti yer alır. ABŞ-dan kənarda ən yüksək nəticəni 34,3 milyard dollar bazar kapitallaşması ilə Kanadanın Restaurant Brands International şirkəti göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью