Dünyanın ən dözümlü avtomobil markası

11.06.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

"Toyota" 400 min km məsafəni problemsiz qət edən ən dözümlü avtomobil markasıdır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iSeeCars portalının araşdırmasından sonra məlum olub.

"Toyota" istehsalı olan avtomobillərin 17,8 faizi 400 min km həddə rahatlıqla çatır. İkinci yerdə 12,8 faiz göstərici ilə "Lexus" qərarlaşıb. İlk "üçlüyü" isə "Honda" qapayır - 10,8 faiz.

Qeyd edək ki, araşdırmaya görə, ilk "onluq"da aşağıdakı markalar  yer alıb: "Acura", GMC, "Tesla", "Chevrolet",  "Mazda", "Cadillac" və RAM.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью