Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Dünyanın ən gözəl qızı” kimi tanınan Tilan Blondo nişanlandığını elan etdikdən cəmi üç ay sonra sevgilisi Ben Attal ilə Parisdə ailə qurub.
OLAY yazır ki, 25 yaşlı fransız model 29 yaşlı DJ Ben Attalla zərif, göz oxşayan ağ gəlinlikdə nikah masasına əyləşib.
Qeyd edək ki, hələ uşaq yaşlarında kəşf edilərək modellik karyerasına başlayan, dünyanın ən məşhur moda evləri ilə əməkdaşlıq edən və nüfuzlu jurnalların üz qabıqlarını bəzəyən gündən etibarən Tilan Blondo “Dünyanın ən gözəl qızı” kimi tanınmağa başlayıb.