Dünyanın ən gözəl sözü Maori qəbiləsinə məxsusdur

03.08.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dilçilər, yazıçılar və mədəniyyət mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyəti Yeni Zelandiyanın yerli Maori dilindəki "kaitiakitanga" sözünü "dünyanın ən gözəl sözü" seçib.

Kulis.az xəbər verir ki, dil öyrənmə platforması "Babbel" 75 dildən 223 sözü təhlil edərək səs quruluşu, mənəvi dərinlik və mədəniyyət sahəsindəki əhəmiyyətinə görə qalibi müəyyənləşdirib.

Maori dilində təbiəti qorumaq və onu gələcək nəsillərə əmanət etmək məsuliyyətini ifadə edən "kaitiakitanga" sözü, çağdaş ekoloji problemlər fonunda qlobal mənası ilə önə çıxıb.
Siyahıda türk dilindəki "yakamoz" (ay işığının suda əks olunması) sözü də ilk 15-liyə daxil edilib.

Qeyd edək ki, "Babbel"in ən gözəl sözlər siyahısında yapon dilindən "Ikigai" və "Kintsugi", portuqal dilindən "Saudade", yunan dilindən "Aura" kimi fərqli sözlər də yer alıb.

"Muxtar" serialının ulduzu 34 yaşında vəfat etdi Bred Pittin qızı atasının soyadından imtina edəcək Sevgilim, qolunu boynuma dola! – Günün şeiri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью