Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Onlar gözqamaşdırıcı və mehribandırlar, amma vəziyyət tələb edərsə, dərhal superqəhrəmanlara çevrilə bilərlər. Söhbət əlbəttə ki, stüardessalardan gedir. Onlar hər gün makiyaj edir, saçlarını düzəldir, səliqəli formalarını geyinir və təyyarədəki sərnişinləri parlaq təbəssümlərlə qarşılayırlar. İstənilən fövqəladə vəziyyətdə onların hər biri bir saniyədə əsl superqəhrəmana çevrilə, hətta kiminsə həyatını xilas edə bilər. Bizi valeh edən təkcə bu yox, həm də onların heyrətamiz gözəlliyidir.
BAKU.WS xarici KİV-ə istinadən bu dəfə gözəlliyi ilə müzakirələrə olan stüardessaların siyahısını oxuculara təqdim edir:
Türkiyəli Hürrem Altınpınar
Sosial şəbəkələrdə Hürrəm Maltinpınara rast gəlsəniz, onun kino ulduzu olduğunu düşünə bilərsiniz. O, heç vaxt makiyaj və saç düzümü olmadan çölə çıxmır. Keçmiş model olan Hürrəm hazırda "SunExpress"də stüardessa işləyir. Asudə vaxtlarında at çapmağı və klassik əsərlər oxumağı sevir.O 2024-cü ildə ailə qurub.
Rumıniyalı İzabela Çira
O, təxminən yeddi il "Wizz Air"də çalışıb. O bu hava yolları şirkətinin bütün stüardessaları arasında dəfələrlə ən gözəli seçilib. İzabela evlidir və o həyat yoldaşı ilə daha çox vaxt keçirmək istəyir. Arada karyerasını da inkişaf etdirir.
İspaniyalı Kamilla Kandurro
O bu peşəyə səyahətə olan sevgisi nəticəsində gəlib. Hazırda o, "Ryanair" şirkətinin işşisidir. Kamila etiraf edir ki, sərnişinlərlə xoş ünsiyyət qurmaq onu çox sevindirir. Lakin heç bir çətinlik onun bu peşəyə olan sevgisini əlindən bilməz.
İtalyalı Benedetta Minerale
Benedetta, "Ryanair"dəki Kamilla Kandurronun həmkarıdır, Fotodan da göründüyü kimi Benedetta istənilən model agentliyi üçün kastinqlərə qatıla bilər, lakin o səmaya aşiqdir. Ona sosial şəbəkələrdə paylaşdığı fotolarda gözəl olduğu ilə bağlı minlərlə şərhlər yazılır.
Yaponiyalı Risa Morişita
O "Miss Tokyo 2023" yarışmasında iştirak edib. Risa Yaponiyadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) reys həyata keçirilən aviaşirkətlərən birinin əməkdaşıdır. O asudə vaxtlarında yoqa ilə məşğul olur və fitnessə gedir.
Böyük Britaniyalı Nikayla Cozens
Britaniyalı gözəl Nikayla Kozensin 38 yaşı var. Onun əsas sirri açıq havada çox vaxt keçirmək, pəhrizinə nəzarət etmək və heç vaxt yuxusundan imtina etməməkdir. O az yatıb, həddindən artıq yorğun olub, quru havada çox vaxt keçirsə də, olduqca gözəl görünür.
Tayvanlı Maybelle Quo
"AirAsia" aviaşirkətinin stüardessası Mabel Quo, 2018-ci ildən bu sahədə çalışır. Təyyarədəki sərnişinlər Maybellenın onlara qarşı olan xoş münasibətindən həmişə məmnun olurlar.