Dünyanın ən gözəli seçildi

21.04.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məşhur amerikalı aktrisa Enn Heteuey nüfuzlu "People" jurnalı tərəfindən 2026-cı ilin ən gözəl qadını elan edilib və o, bu münasibətlə verdiyi müsahibədə daxili dünyasından danışıb.
Demokrat.az xəbər verir ki, məşhur aktrisa uzun illər özünü narahat hiss etdiyini və "qəribəliklər dövrünün" 30 yaşlarının sonuna qədər davam etdiyini bildirib. O, karyerasının ilk illərində özünə qarşı çox sərt olduğunu, lakin 40 yaşından sonra həyata baxışının tamamilə dəyişdiyini qeyd edib. Aktrisa artıq özünü daha rahat hiss etdiyini və həyatın yalnız sevincli məqamlarından zövq almağa çalışdığını vurğulayıb.
Heteuey gözəllik anlayışına da toxunaraq maraqlı fikir səsləndirib:
"Bir rejissor mənə demişdi ki, gözəllik öz daxilində çirkinliyi də daşıya bilər, bir şərtlə ki, orada həqiqət olsun. Mənim üçün gözəllik həmişə bu xətt üzrə irəliləyir".
Qeyd edək ki, 2026-cı il aktrisa üçün olduqca məhsuldar keçir. Onun iştirakı ilə bu il "Şeytan Prada geyinir 2", "Mother Mary", "Verity" və Kristofer Nolanın "Odisseya" filmi də daxil olmaqla, ümumilikdə beş ekran əsərinin işıq üzü görməsi gözlənilir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью