Dünyanın ən güclü 20 ordusu... Türkiyə bir pillə geriləyib, siyahıda 5 müsəlman ölkəsi var (SİYAHI)

13.01.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

2025-ci il üçün dünyanın ən güclü ordularının siyahısı açıqlanıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ-da yerləşən “Global Firepower” təşkilatı təhlil hesabatı yayıb.

Məlumata görə, hərbi personal sayı, müdafiə büdcəsi, hava və dəniz gücü, logistika imkanları və texnoloji üstünlük kimi 60-dan çox kriteriya üzrə aparılan təhlil əsasında hazırlanan siyahıda qardaş ölkə ötən illə müqayisədə bir pillə geriləyib:

"Siyahıya ABŞ başçılıq edir, Rusiya və Çin üçüncü yerdədir. Müdafiə sənayesindəki yerli istehsal səyləri və regional hərbi əməliyyatlarla diqqət çəkən Türkiyə NATO-nun ikinci ən güclü ordusu olsa da, bu il dünyanın ən güclü orduları siyahısına 9-cu yerdə daxil olub. Bundan başqa, 2025-ci il hesabatında Fransa və Almaniya hərbi qüdrətlərini artıraraq sıralamada yüksəliblər, Yaponiya və İran kimi ölkələr isə geriləyiblər. İsrail isə müdafiə qabiliyyətini təkmilləşdirib.

Beləliklə, sıralama belədir:

ABŞ

Rusiya

Çin

Hindistan

Cənubi Koreya

Böyük Britaniya

Fransa

Yaponiya

Türkiyə

İtaliya

Braziliya

Pakistan

İndoneziya

Almaniya

İsrail

İran

İspaniya

Avstraliya

Misir

Ukrayna".

Firudin SƏFƏRLİ

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью