Dünyanın ən güclü donanmaları Azərbaycanın yeri

28.01.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın İran yaxınlığında ikinci hərbi gəmi yerləşdirdiyini elan etməsindən sonra Üçüncü Dünya Müharibəsi riski yenidən gündəmə gəlib. Bölgədə gərginlik pik həddə çatarkən diqqətlər dünya donanmalarının real güc balansına yönəlib. Bəs 2026-cı ildə ən çox hərbi gəmiyə sahib ölkələr hansılardır? Türkiyə və Azərbaycan siyahıda neçənci yerdədir?

2026-cı ildə ən çox hərbi gəmiyə sahib olan ölkələr açıqlanıb
Beynəlxalq hərbi hesabatlara əsaslanan yeni siyahı qlobal miqyasda ciddi ajiotaj doğurub. Siyahıda ölkə adları rəsmi şəkildə təsdiqlənməsə də, mövcud məlumatlar əsasında donanma gücləri müqayisə edilib.

Xüsusilə ABŞ və İran arasında artan qarşıdurma fonunda bu rəqəmlər diqqət mərkəzinə çevrilib.

2026 -cı ilin ən güclü donanması olan ölkələr
1.Çin – 841 hərbi gəmi
 2. Rusiya – 747
3️. ABŞ – 465
4️. Hindistan – 343
5️. İndoneziya – 338
  Növbəti yerləri isə aşağıdakı ölkələr bölüşdürür. Şimali Koreya – 332
Tailand – 304
İtaliya – 285
İsveç – 279
Şri Lanka – 275
Myanma – 239
Cənubi Koreya – 215
Kolumbiya – 213
Türkiyə – 192
Yunanıstan – 186
Pakistan – 120
İran – 109

Azərbaycan isə 32 hərbi döyüş gəmisi ilə siyahıda 70-ci  yerdə qərarlaşıb. Hərbi donanması  olan qonşu Gürcüstan və Qazaxıstan Azərbaycandan sonrakı yerlərdə yer alıb.  Qazaxıstan 26, Gürcüstan isə 19  hərbi  gəmiyə malikdir.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью