Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da yerləşən “Global Firepower” 2024-cü il üçün dünyanın ən güclü donanmalarının siyahısını hazırlayıb. 145 ölkənin donanma gücünün araşdırıldığı siyahıda Türkiyə də yer alıb.
Reyting.az dünya dövlətlərinin ən güclü 10 donanmasının siyahısını təqdim edir:
Birinci yerdə Rusiya donanmasıdır, onu ikinci yerdə Çin izləyir.
Şimali Koreya siyahıda üçüncüdür.
ABŞ donanması dünyanın ən güclü dördüncü hərbi donanması statusuna malikdir.
Siyahıda beçinci yeri İsveç donanması tutur.
İndoneziya donanması altıncı, İtaliya donanması isə yeddinci yerdədir.
Hindistanın hərbi dəniz gücü dünyanın səkkizinci qüvvəsi sayılır.
Tayland donanması doqquzuncu, Şir Lanka dəniz qüvvələri isə dünyanın onuncu güclü donanması hesab edilir.
145 ölkə arasında qardaş Türkiyənin hərbi dəniz donanması 18-ci yeri tutur.
Y. QACAR