Dünyanın ən güclü komandalarından biri... Yankoviç

28.01.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Sabah yaxşı oyun nümayiş etdirməyi planlaşdırırıq. Rəqib komandaya böyük hörmətimiz var. Onlar öz meydanlarında çıxış edirlər, biz isə qonağıq. Buna baxmayaraq, meydanda yaxşı oyun göstərməyə və müsbət nəticə əldə etməyə çalışacağıq.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun futbolçusu Marko Yankoviç Liverpul şəhərində “Enfild” stadionunda keçirilən mətbuat konfransında deyib.

Marko Yankoviç bildirib ki, dünyanın ən əfsanəvi stadionlarından birində və ən güclü komandalardan birinə qarşı oynamaq onlar üçün böyük şərəfdir.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью