Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

24.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Şimali Koreya lideri Kim Çen In dünyanın ən güclü silahlı qüvvələrini yaratmağı ölkənin əsas prioritetlərindən biri adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) məlumatına görə, oktyabrın 22-23-də Pxenyanda Koreya Xalq Ordusunun bölük komandirlərinin üçüncü toplantısı keçirilib. Fevral ayından sonra ilk dəfə təşkil olunan ümumordu tədbirində bölmələrin gücləndirilməsi, onların döyüş qabiliyyətinin artırılması və elit hərbi birləşmələrə çevrilməsi məsələləri müzakirə olunub.

Kim Çen Inın rəhbərliyi ilə keçirilən toplantıda ordunun inkişafı sahəsində əldə olunan nailiyyətlər və mövcud təcrübə nəzərdən keçirilib.

Tədbir zamanı Şimali Koreya lideri ölkənin məqsədinin dünyanın ən güclü silahlı qüvvələrini formalaşdırmaq olduğunu vurğulayıb.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью