Dünyanın ən hündür göydələni Azərbaycan Bayrağında

28.05.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Dünyanın ən hündür göydələni olan Dubaydakı Bürc Xəlifə Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Hal-hazırda Dubay şəhərində dünyanın ən hündür göydələni olan Bürc Xəlifə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb", - paylaşımda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью