Dünyanın ən hündür körpüsü inşa edilir FOTO VİDEO

24.01.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çində dünyanın ən hündür körpüsü inşa edilir.
Avtosfer.az xəbər verir ki, Quycou əyalətində tikilən körpü, Liupənşuy şəhəri ilə Çiensinan muxtar prefekturasını birləşdirəcək. 
Beypan çayının üzərində salınan körpü 625 metr yüksəklikdə yerləşir. Ümumi uzunluğu 2890 metr, asma hissəsinin uzunluğu isə 1420 metrdir. 
Bu, dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür.

Qeyd edək ki, onun inşasına 2022-ci ildə başlanılıb və gələn il istifadəyə verilməsi planlaşdırılır.

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью