Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyanın Vacone şəhərində yerləşən "Solo Per Due" ("Yalnız iki nəfər üçün") restoranı, adından da göründüyü kimi, eyni anda yalnız iki nəfəri qəbul edən və bu xüsusiyyəti ilə dünyanın ən kiçik restoranı kimi tanınır.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, 1989-cu ildə "Remo Di Claudio" tərəfindən qurulan bu restoran, qədim Roma şairi Horasın mülkünün yaxınlığında, 19-cu əsrə aid bir villada fəaliyyət göstərir.
"Solo Per Due" restoranı fərdi lüks və eksklüziv təcrübəyə əsaslanan xidmət modelinə malikdir.
Menyu mövsümi və təzə məhsullardan ibarət olmaqla, tamamilə müştərilərin fərdi zövqlərinə uyğun hazırlanır.
Dörd mərhələli yemək menyusunun başlanğıc qiyməti 250 avrodan başlayır və əlavə xidmətlərlə bu rəqəm 500 avroya qədər yüksəlir.
Restoran kredit kartlarını qəbul etmir – bütün ödənişlər nağd şəkildə həyata keçirilir.
Bu qərar, həm məxfiliyi qorumaq, həm də operativ maliyyə idarəçiliyinə üstünlük verməklə əlaqələndirilir.