Icma.az bildirir, Baku.ws portalına istinadən.
Bəzi insanlar sadə vətəndaş olsalar da, artıq çəkilərinə görə yaddaşlarda qalıblar. Onlar dünyanın ən kök insanlarıdır. Bu şəxslər adətən ciddi piylənmə problemləri ilə qarşılaşıb və bəziləri çəkilərinə görə dünya rekordları qırıb. Bu qədər yüksək çəki ciddi tibbi və psixoloji problemlərlə bağlı olur.
BAKU.WS xarici KİV-ə istinadən həmin artıq çəkili insanların siyahısını təqdim edir:
Con Brouer Minnok (635 kq)
ABŞ-də yaşayan Conun 635 kq çəkisi olub. 1941-ci ildə doğulub. 1978-ci ildə vəfat edib. 1983-cü ildə dünyanın qeydə alınmış ən kök insanı olub. Sağlamlıq problemləri səbəbindən həyatının son illərini yataqda keçirib.
Xalid İbn Mohsen Şaari (610 kq)
Xalid Səudiyyə Ərəbistanında doğulub. Onun çəkisi 610 kq olub. Gənc yaşında bu çəkiyə çatıb. Daha sonra Səudiyyə kralının təşəbbüsü ilə müalicəyə alındı və 300 kiloqramdan çox arıqlayıb.
Manuel Uribe (597 kq)
Manuel Meksikada doğulub. Çəkisi 597 kq olub. 1965-ci ildə doğulub. O 2014-cü ildə vəfat edib. Bir dövr dünyanın ən ağır yaşayan insanı idi. Həyatının son illərində pəhriz və terapiya ilə 181 kq qədər çəki itirib.
Robert Örl Hyus (486 kq)
ABŞ-də yaşayan Robertin çəkisi 486 kiloqram olub. O 1926-cı ildə doğulub. 1958-ci ildə vəfat edib.
Robert uşaq yaşlarında hormonal xəstəlik səbəbilə sürətlə kökəlib.
Carol Yager (ABŞ) Ən yüksək çəki: ~544 kq (bəzi mənbələrə görə daha çox) Doğum: 1960 Ölüm: 1994 Obezliyə bağlı ağır xəstəliklər səbəbindən 34 yaşında vəfat etdi.