Dünyanın ən məşhur restavrasiya səhvi ilə tarixə düşən qadın vəfat etdi

30.12.2025

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

2012-ci ildə məşhur “Ecce Homo” freskasına etdiyi uğursuz bərpa ilə dünya miqyasında tanınan Sesiliya Gimenez Zueko 94 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, onun yaxşı niyyətlə etdiyi, lakin peşəkar olmayan müdaxiləsi İsa Məsihin təsvirinin ciddi şəkildə dəyişməsinə səbəb olmuş və sosial mediada viral hadisəyə çevrilmişdi.

Başlanğıcda tənqid və istehza ilə qarşılanan bu hadisə sonradan İspaniyanın Borja qəsəbəsinə böyük turist axını gətirdi.

Qeyd edək ki, Gimenez zamanla populyar mədəniyyət simvoluna çevrildi və uğursuz restavrasiyaların simvolik nümunəsi kimi tarixə düşdü.

“Məhsəti” filminə erotik səhnələrə görə lisenziya verilmədi Məşhur fantast yazıçıdan gələcək haqqında maraqlı öncəgörmələr Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью