Dünyanın ən məşhur Youtuberi evlənir

02.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Dünyanın ən məşhur "YouTuberi" "MrBeast" (əsl adı Cimmi Donaldson) sevgilisi, bloqqer Tea Boysenlə nişanlanıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə "İnstaqram" sosial şəbəkəsində foto paylaşıb.
O, ailəsi ilə Milad bayramını qeyd edərkən bloqqerə evlilik təklifi edib.

Cütlük bir-birinə uyğun Milad sviterləri geyinib. "MrBeast" və "Thea Booysen" təxminən iki ildir ki, sevgilidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью