Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, Tədqiqat Qriffit Universitetinin, İndoneziyanın Milli Tədqiqat və İnnovasiya Agentliyinin (BRIN) və Sautern Kross Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.
Tarixləndirmə üçün alimlər uran sırası metodundan istifadə edərək rəsmin üzərində və altında formalaşmış mikroskopik mineral çöküntüləri analiz ediblər. Bu yanaşma təsvirin minimal yaşını dəqiqləşdirməyə imkan verib.
Tədqiqatçıların sözlərinə görə, tapıntı Sulavesinin bəşəriyyətin erkən bədii yaradıcılığının ən mühüm mərkəzlərindən biri olduğunu təsdiqləyir. Məlumatlar göstərir ki, adanın mağaralarından azı 35 min il ərzində — təxminən 20 min il əvvələdək — təsvirlərin yaradılması üçün istifadə olunub.
Alimlərin xüsusi diqqətini cəlb edən məqam əl şablonundakı qeyri-adi detal olub. Belə ki, qədim rəssam əl siluetini yaratdıqdan sonra barmaqların konturlarını qəsdən daraldaraq təsvirə caynağı xatırladan forma verib. Bu dəyişikliklərin mümkün simvolik mənası hələ də müzakirə mövzusudur, lakin tədqiqatçılar bunun insanla heyvan arasındakı əlaqəyə dair təsəvvürləri əks etdirə biləcəyini istisna etmirlər.
Kəşf təkcə incəsənət tarixi üçün deyil, həm də Homo sapiensin miqrasiyasını anlamaq baxımından böyük əhəmiyyət daşıyır. Əldə olunan tarixləndirmə müasir insanların qədim Sahul superqitəsinə (indiki Avstraliya, Tasmaniya və Yeni Qvineya əraziləri) azı 65 min il əvvəl, ehtimal ki, Sulavesi və Molukk adaları vasitəsilə şimal marşrutu ilə çatdıqları hipotezini gücləndirir.
Alimlər hesab edirlər ki, bu rəsmlərin müəllifləri sonradan regiona yayılan və nəticədə Avstraliyaya qədər çatan bir insan populyasiyasının nümayəndələri ola bilər. Tədqiqat qrupu İndoneziyanın digər adalarında erkən incəsənət və insan mövcudluğunun izlərini axtarmağı planlaşdırır.
Qadir, Bizimyol.info