Dünyanın ən qədim universitetləri Siyahı

21.10.2026

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi dostlar:“Filan universitet niyə bu siyahıda yer almadı?” – deyə etiraz etdilər. Hətta top-100-ə düşməli olan ali məktəblərin adını verdilər. Ancaq bu qəbildən təklif olunan bütün sıralamalar hər zaman natamam qalır, ideal olmur, fikir ayrılıqlarına səbəbiyyət verir. Xeyli keçəndən sonra mövzu qapandı deyə düşündüm... Sonra qarşıma yeni bir siyahı – nüfuzlu Oksford Universiteti tərəfindən tərtibedilmiş dünyanın ən qədim universitetlərinin sıralaması çıxdı”. 

Adalet.az xəbər verir ki, bunu telejurnalist İbrahim Nəbioğlu deyib:

“Buradakı ilk beş-lik belə idi (mötərizədə quruluş ili verilib):

1. əz-Zaytuna Universiteti, Tunis (737)

2. Mərakeş Universiteti (859)

3. əl-Əzhər Şərif, Misir (972)

4. Bolonya Universiteti (1088)

5. Oksford Universiteti (1096)Buradan çıxan nəticələr təbii qəbul edilməlidir – İslam maarif mənbəyidir,elmə önəm verir və sairə.

Bunları hər kəs bilir, qəbul edir. Ancaq burada başqaməqamlar da var. Çalışacağam fikrimi fərqli məallara macal vermədən korrektşəkildə ifadə edim...Qədim olduğu deyilən ilk üç təhsil ocağı məscidlərin nəzdindəki məktəblərdənbaşqa bir şey deyildi, yəni onlara dini məktəb, yaxud mədrəsə deyilsəydi, dahadoğru olardı. Bu məktəblərdə şagirdlərə ancaq oxuyub-yazmaq və Quran öyrə-dirdilər. Təhsil bunlarla məhdudlaşırdı.Kimsə qalxıb “Quran elə elmdir” deyə tavtologiyaya meyil etməsin. Söhbətcəbr, həndəsə və astronomiyanın tədrisindən gedir, müqəddəs kitabın içindəkidərin hikmət və fəlsəfədən deyil. Zatən sıravi mömin Qurani-Kərimi yorumla-maqda acizdir.

Müqayisə etmək istəməzdim. Amma...Romada tam təşkilatlı universitet imperator Adrian (76-138) dövründə açıldı.135-ci ildə – ərəblərin kədərli nəğmələr oxuyub, bütlərə sitayiş etdiyi vaxtlarda“Roma Ateniumu” yaranmışdı.“Atenium”da ritorika, məntiq, fəlsəfəvə hüquq öyrədirdilər.İmperator Böyük Konstantinin dövründə Atenium (Athenaeum) Konstantinopoldada quruldu.855-ci ildə Atenium Maqnavar Universitetinə çevrildi.Maqnavar universitet olaraq, həqiqətən də, Avropanın ən qədimidir. Bolonya vədigər Avropa universitetləri də Maqnavar modeli əsasında yaradılıb.

Mədrəsələr də tədris edilən fənlərin sayını tədricən artırdı, teologiyadan tibb vəastronomiyaya da keçdilər. Ancaq Avropadan çox-çox sonra...O halda Oksford Universitetinin belə bir siyahı tutmaqda məqsədi nə ola bilər?“Yəni ingilislər avrosentrizmdən oriyentalizməmi keçirlər yoxsa?” – təbəssümlədüşündüm.Belə bir oriyentalizm həvəsində Britaniya kral ailəsi ilə Məhəmməd peyğəmbərarasında qohumluq axtarışı kimi maraqlı məqamları xatırlarsaq, ağlımıza gələnfantaziyaların sayı çoxalmazmı?Bəlkə, Böyük Britaniyanın İslam dünyası ilə “flört etməsi”ni Londonun Avrasiyaambisiyalarına yozaq? Mənə qalsa, yozmaq istərdim. Çünki London Avropa İttifaqı “buxovu”ndan qur-tulandan bəri Şərqin yeni perspektivini – Sem dayının toxuya bilmədiyi xalınıfiliqran bir texnika ilə ilgək-ilgək “toxumağ”a başlayıb”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью