Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tarixdə qeydə alınan ən qısa müharibə cəmi 38 dəqiqə davam edib.
Bakıvaxtı.az xəbər verir ki, bu hadisə 27 avqust 1896-cı ildə Böyük Britaniya ilə Zənzibar Sultanlığı arasında baş verib.
Münaqişə Zənzibar sultanının ölümündən sonra yeni hökmdarın Britaniyanın razılığı olmadan hakimiyyətə gəlməsi ilə başlayıb. Britaniya tərəfi yeni sultana taxtdan imtina etməsi üçün ultimatum versə də, bu tələb qəbul edilməyib.
Ultimatumun müddəti başa çatan kimi Britaniya hərbi gəmiləri sarayı atəşə tutub. Güclü bombardmandan sonra Zənzibar qüvvələri müqaviməti dayandırıb və cəmi 38 dəqiqə sonra təslim olub.
Tarixçilərin məlumatına görə, döyüş nəticəsində Zənzibar tərəfi yüzlərlə itki verib, Britaniya ordusunda isə yalnız bir hərbçi yüngül xəsarət alıb.
Bu hadisə bu gün də "tarixin ən qısa müharibəsi" kimi Ginnes Dünya Rekordları və bir çox tarixi mənbələrdə qeyd olunur.
Nəzrin Mübariz