Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyanın ən qoca timsahı dekabrın 16-da Cənubi Afrikadakı təbiət mühafizə mərkəzində 124 yaşını qeyd edib.
Azpost.info-nun məlumatına göə, bu barədə “Live Science” xəbər verir.
“Henri” adı verilmiş Nil timsahı 1985-ci ildən Cənubi Afrikanın Skotburq şəhərindəki Krokvorld Conservation Center-də yaşayır.
Bu timsah 1903-cü ildə Botsvanada Okavanqo deltasında tutulub.
40 il əəvvəl təbiət parkına gətirilmiş Henrinin o vaxtdan bəri 10.000-dən çox nəslin atası olduğu deyilir.
Onun dəqiq doğum günü bilinməsə də, Krockvorld onun 1900-cü ildə doğulduğuna inanır və ad gününü hər il dekabrın 16-da qeyd edir.
Sürünənlər uzunömürlülükləri ilə tanınırlar. Heyvanın ömrünün müəyyən edilməsi onların ölçülərinin nəzərə alınmasını tələb edir.