Dünyanın ən təmiz çimərlikləri hansı ölkələrdədir?

27.07.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı il üzrə Mavi Bayraq reytinqi açıqlanıb. Siyahı dəniz suyunun təmizliyi, ətraf mühitin idarə edilməsi, təhlükəsizlik, davamlılıq və xidmət keyfiyyəti kimi beynəlxalq meyarlar əsasında hazırlanıb.

Mavi Bayraq ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən Avropa İttifaqı "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən verilən nümunəvi xidmət göstəricisidir.

Beynəlxalq Mavi Bayraq Proqramının 2026-cı il məlumatlarına görə, 677 Mavi Bayraqlı çimərliklə İspaniya siyahıya başçılıq edir. Yunanıstan 624 çimərliklə ikinci, Türkiyə isə 580 çimərliklə üçüncü yerdə qərarlaşıb.

Banco.az xəbər verir ki, ilk 10-luq aşağıdakı kimidir:

İspaniya – 677 Yunanıstan – 624 Türkiyə – 580 İtaliya – 525 Portuqaliya – 396 Fransa – 388 Danimarka – 158 Xorvatiya – 156 İrlandiya – 89 Meksika – 80​

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью