Dünyanın ən varlı 10 milyarderinin sərvəti açıqlandı Siyahı

04.02.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Forbes” nəşrinin milyarderlər siyahısında 2026-cı ilin yanvar ayı üçün ciddi dəyişikliklər qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, siyahının ilk onluğunda yer alan milyarderlərin yarısının mövqeyi dəyişib.
İlk onluğa daxil olan hər bir şəxsin xalis sərvəti 142 milyard dollardan artıqdır.
Hazırda planetin ən varlı 10 nəfərinin ümumi sərvəti 2,6 trilyon dollar olaraq qiymətləndirilir. Siyahıda yer alan milyarderlərin səkkizi ABŞ vətəndaşıdır. İlk onluqda ABŞ-dən kənar yalnız iki nəfər var –  Fransanın LVMH lüks mallar konqlomeratının sahibi Bernard Arnault (169 milyard dollar) və İspaniyanın “Zara” brendinin qurucusu Amancio Orteqa (145 milyard dollar).
İlon Mask 775 milyard dollarlıq xalis sərvəti ilə planetin ən varlı insanı olaraq qalır. “SpaceX” və “Tesla” şirkətlərinin qurucusunun sərvəti son bir ayda 48 milyard dollar artıb. Bu artımın əsas səbəbi onun süni intellekt sahəsindəki “xAI Holdings” layihəsinə etdiyi investisiya olub. Layihənin dəyərinin 250 milyard dollara yüksəlməsi Maskın yaxın zamanda 800 milyard dollarlıq sərvət həddini keçə biləcəyini göstərir.
İkinci və üçüncü pillələrdə “Google”ın həmtəsisçiləri Larri Peyc (277 milyard dollar) və Sergey Brin (255 milyard dollar) qərarlaşıb. Onların sərvətində artım “Alphabet” şirkətinin səhmlərinin bahalaşması ilə əlaqələndirilir.
Jeff Bezos (250 milyard dollar) və Mark Zukerberq (246 milyard dollar) də mövqelərini yaxşılaşdıran milyarderlər sırasındadır. Zukerberq son bir ayda 19 milyard dollarlıq artımla altıncı yerdən yuxarı qalxıb.
“Oracle” şirkətinin sahibi Larri Ellison isə siyahıda geriləyib. Şirkətin səhm qiymətlərinin enməsi nəticəsində o, bir ayda 34 milyard dollar itirərək altıncı yerə düşüb.
“Forbes” milyarderlər siyahısında yer alan ilk 10 şəxsi təqdim edirik:
İlon Musk
Sərvəti: 775 milyard dollar (son bir ayda 48 milyard dollar artım).
Mənbələr: “Tesla”, “SpaceX”, “xAI”, “X” (keçmiş “Twitter”).
Yaşı: 54.
Yaşayış yeri: Ostin, Texas, ABŞ.
Larri Peyc
Sərvəti: 277 milyard dollar (son bir ayda 20 milyard dollar artım).
Mənbə: “Google”.
Yaşı: 52.
Yaşayış yeri: Palo Alto, Kaliforniya, ABŞ.
Sergey Brin
Sərvəti: 255 milyard dollar (son bir ayda 18 milyard dollar artım).
Mənbə: “Google”.
Yaşı: 52.
Yaşayış yeri: Los Altos, Kaliforniya, ABŞ.
Ceff Bezos
Sərvəti: 250 milyard dollar (son bir ayda 8 milyard dollar artım).
Mənbə: “Amazon”.
Yaşı: 61.
Yaşayış yeri: Mayami, Florida, ABŞ.
Mark Zukerberq
Sərvəti: 246 milyard dollar (bir ayda 19 milyard dollar artım).
Mənbə: “Meta” (“Facebook”).
Yaşı: 41.
Yaşayış yeri: Palo Alto, Kaliforniya, ABŞ.
Larri Ellison
Sərvəti: 211 milyard dollar (bir ayda 34 milyard dollar azalma).
Mənbə: “Oracle”.
Yaşı: 81.
Yaşayış yeri: Vudsayd, Kaliforniya, ABŞ.
Bernard Arnault
Sərvəti: 169 milyard dollar (son bir ayda 26 milyard dollar azalma).
Mənbə: LVMH / lüks mallar.
Yaşı: 76.
Yaşayış yeri: Paris, Fransa.
Jensen Huanq
Sərvəti: 166 milyard dollar (son bir ayda 4 milyard dollar artım).
Mənbə: “Semiconductors” (NVIDIA).
Yaşı: 62.
Yaşayış yeri: Los Altos, Kaliforniya, ABŞ.
Amancio Orteqa
Sərvəti: 145 milyard dollar (son bir ayda 1 milyard dollar azalma).
Mənbə: “Zara”.
Yaşı: 89.
Yaşayış yeri: İspaniyanın La Korunya şəhəri.
Uorren Baffet
Sərvəti: 142 milyard dollar (son bir ayda 7 milyard dollar azalma).
Mənbə: “Berkshire Hathaway”.
Yaşı: 95.
Yaşayış yeri: Omaha, Nebraska, ABŞ.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью