Dünyanın ən varlı illüziyaçısı Kopperfilddən 13 nəfərin yoxa çıxması ilə bağlı etiraf | Ic…
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Baku TV-də Azadlıq heykəlini yox edən, Böyük Çin səddinin içindən keçən, Niaqara şəlaləsindən qolları bağlı halda tullanan, Şərq Ekspresi vaqonunu yoxa çıxaran və dünyanın ən varlı illüziyaçısı olan Devid Kopperfild haqqında araşdırma yayımlanıb.
Oxu.Az xəbər verir ki, Devid Set Kotkin 1956-cı il sentyabrın 16-da ABŞ-nin Nyu-Cersi ştatının Metaçen şəhərində dünyaya gəlib.
Dörd yaşında ikən babası Devidə kartla fokus göstərir və uşaq dərhal onu təkrarlayır.
16 yaşında Devid həm sehrbazlıq dərsləri keçir, həm də Fordhem Universitetində təhsil alır.
O, universiteti tərk edərək yalnız illüziya sənəti ilə məşğul olmağa qərar verir və 22 yaşında ABC kanalında "The Magic of ABC" adlı verilişdə çıxış edir.
İllüziya sənətini yeni səviyyəyə çatdırmaq istəyən Devid ilk olaraq yedditonluq təyyarəni yox edir.
Daha sonra Amerikanın rəmzi olan Azadlıq heykəlini insanların gözü qarşısında yoxa çıxararaq Ginnesin Rekordlar Kitabına düşür.
Tam oxu
Xəbəri oxu