Dünyanın ən varlı musiqiçiləri kimlərdir?

10.11.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Beatles" qrupunun üzvü Pol Makkartninin sərvəti bir milyard dolları ötərək təxminən 1,4 milyard dollara çatıb. Bununla da o, dünyanın ən varlı üç musiqiçisindən birinə çevrilib.

Bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Makkartninin əsas gəlir mənbələrindən biri "MPL Communications" şirkətidir. O, həmçinin "The Beatles" tərəfindən yaradılmış "Apple Corps" şirkətinin 25 faizinə sahibdir. Musiqiçi vinil valların satışından, musiqi yayımlarından və müəllif hüquqlarından ildə 50 milyon dollardan çox gəlir əldə edir.

"Forbes"un siyahısında ilk yeri 2,8 milyard dollardan çox sərvətlə reper Cey Zi, ikinci yeri isə təxminən 2 milyard dollar sərvətlə Teylor Svift tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью