Dünyanın ən varlı sənətçisi bəlli oldu: Sərvətə baxın...

30.08.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Forbes” jurnalı dünyanın ən varlı sənətçisinin adını açıqlayıb.
Bizim.Media xəbər verir ki, siyahının zirvəsində amerikalı reper Cey-Z (əsl adı Şon Karter) qərarlaşıb. Onun sərvəti 2,6 milyard dollar dəyərində qiymətləndirilir.
 

“Forbes” xatırladır ki, Cey-Z 2019-cu ildə hip-hop tarixində ilk milyarder olmuşdu. Sonrakı illərdə, xüsusilə içki biznesindən əldə etdiyi gəlirlər hesabına sərvətini iki dəfədən çox artırıb.


2021-ci ildə isə nəhəng “LVMH” şirkəti onun “Armand de Brignac” şampan evinin 50%-lik payını satın almışdı.
Reperin sərvətinə həmçinin Jean-Michel Basquiatın əsərləri, musiqi kataloqu, eləcə də Blockchain və Uber şirkətlərindəki payları daxildir. (News24.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью