Dünyanın ən xoşbəxt pasportları bəlli oldu: İlk pillədə hansı ölkədir?

18.11.2026

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Global Citizen Solutions” şirkəti 50 ölkənin rifah, azadlıq və səyahət imkanları əsasında qiymətləndirildiyi yeni indeksini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, araşdırmada ümumi rifah səviyyəsi, şəxsi azadlıqlar, səyahət imkanları, iqtisadi vəziyyət, səhiyyə və təhlükəsizlik meyarları nəzərə alınıb.

Nəticələrə görə, 93,2 bal toplayan Finlandiya dünyanın ən xoşbəxt pasportuna sahib ölkə seçilib. İlk 10-luqda əsasən Avropa dövlətləri yer alıb. Avropa xaricindən isə yalnız Yeni Zelandiya və Sinqapur siyahıya düşüb.

Dünyanın ən xoşbəxt 10 pasportu:

Finlandiya

İslandiya

Danimarka

Norveç

İsveçrə

İsveç

Niderland

Yeni Zelandiya

Avstriya

Sinqapur

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью